Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə idarəsi məlumat yayıb.
Saat 19.08-də baş verən yeraltı təkanlar Kaspiysk şəhərində hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.