Biləsuvarda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb
"Unikal" xəbər verir ki, bədbəxt hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Saatlı rayon sakini, 2003-cü il təvəllüdlü Rəmsudə Əliyeva qonaq gəldiyi atası evində dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.