Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan vaqonun (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.