Sabirabad rayon sakini dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Sabirabad şəhər Babək küçəsi 4-də qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Əliyev Elmir Balaxan oğlu evdə dəm qazından zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.