Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə Avarçəkmə və Kanoe üzrə “Gənclər kuboku” keçiriləcək.
"Unikal" xəbər verir ki, yarış yanvarın 29-da Mingəçevir şəhərində baş tutacaq.Yarışda 70-ə yaxın idmançı iştirak edəcək.
“Gənclər kuboku”nun keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.