Rusiyada koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Rusiya operativ qərargah ölkədə COVID-19 pandemiyasının beşinci dalğasının başladığını bildirib.
"Unikal" xəbər verir ki, məlumata görə, bir gündə ölkədə 65 109 nəfərdə, təkcə Moskvada 19 509 nəfərdə COVID-19 aşkar edilib. Bu da pandemiyanın bütün dövrü ərzində ən yüksək göstəricidir.
Sutka ərzində 655 nəfər dünyasını dəyişib, 21 714 xəstə sağalıb.
Beləliklə, Rusiyada koronavirus xəstələrinin ümumi sayı 11 milyon 173 min 300 nəfərə, ölənlərin sayı isə 326 767 nəfərə çatıb.
Koronavirus xəstələrinin sayına görə Rusiya ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya və Fransadan sonra altıncı yeri tutur.