2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilib.
"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.
General bildirib ki, son beş ilə nəzər salsaq pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə olunur.
O əlavə edib ki, 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq. Əvvəllər bəzi illərdə bu 8% təşkil edirdisə 2021-ci ildə cəmi 2,4 faiz təşkil edib.
Anar Kəlbiyev