Tovuzda orta məktəb şagirdində Covid-19 aşkarlandığna görə sinif bağlanıb.

"Unikal"ın məlumatına görə, Tovuz rayonun Adil Qasımov adına tam orta məktəbin 9-cu sinif şagirdlərinin birində COVID-19 infeksiyası aşkar olunub. Bu səbəbdən məktəbin sözügedən sinfi Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında distant təhsil sisteminə keçib.

İnfeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 7 gün müddətində distant təhsillə əvəz olunub.

Tural Əhmədov