Mingəçevir şəhərində 27 yaşlı oğlan üzərinə benzin tökərək özünü yandırıb.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Rəsul Əzməmmədov intihar etmək məqsədilə üzərinə benzin tökərək özünü yandırıb.
Xəstəxanaya çatdırılan gənc bu gün səhər saatlarında vəfat edib.
İlkin ehtimala görə onun intihara cəhd etməsinin səbəbi özündən 10 yaş böyük qadın tərəfindən sevgisinə qarşılıq verilməməsi olub.
Faktla bağlı araşdırma aparılır.