Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan nazirliyin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.