Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib
Bildirilib ki, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.