Azərbaycan Dağ Xizəyi Federasiyasının adı dəyişdirilib. Bundan sonra qurum Azərbaycan Qış İdman Növləri Federasiyası adlandırılacaq.

"Unikal" xəbər verir ki, bu barədə federasiyanın Gənclər və İdman Nazirliyində təşkil olunan mətbuat konfransında məlumat verilib.

Tədbirdə federasiyanın rəhbərliyinin dəyişdiyi bildirilib. Belə ki, federasiyaya bundan sonra Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəhbərlik edəcək. O, yeni vəzifədə Rauf Xəlilovu əvəzləyib.