Nazirlik İsa Qəmbərin evindəki axtarışdan danışdı
14:32 20-02-2013
SİYASƏT
“İsa Qəmbərin oğlu Turqut Qəmbər məqsədli şəkildə məhkəmə qərarlarını icra etməyib. Onun barəsində məhkəmə iki dəfə cərimə qərarı çıxarıb. 3 min manata yaxın cəriməsi var, amma ödəmir. Biz də qanuna uyğun olaraq məhkəmə qərarını icraata yönəltmişik”. Bunu Teleqraf.com-a Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, baş icra məmuru Xanlar Zeynalov Nəsimi rayon məhkəmə icraçılarının Müsavat Partiyasının başqanı İsa Qəmbərin evində bəzi əşyaları müsadirə üçün siyahıya almalarına münasibət olaraq bildirib. X.Zeynalov İ.Qəmbərin icraçıların addımlarını qanunsuz hesab etməsilə razılaşmır: “Bu, onun fikridir. Razı deyillərsə, məhkəməyə müraciət etsinlər. Deyirlər ki, Turqut Qəmbərin adına əmlak yoxdur. Faktiki olaraq Turqut Qəmbər həmin ünvanda yaşayır və onun payı var. Məhkəmə qərarının icrası proseduru tam qanuni həyata keçirilir. Bir daha qeyd edirəm, narazidırlarsa, məhkəməyə müraciət etsinlər”.
X.Zeynalov onu da bildirdi ki, müsadirə üçün siyahlya alınan əmlakın siyahısı məhkəməyə təqdim olunur: “Məhkəmə onların müsadirə olunması üçün qərar verir və sonra əşyalar hərrac yolu ilə satışa çıxarılır. Satışdan əldə olunan pul cərimənin ödənilməsi üçün istifadə olunur”
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35