Nizami rayonunda xarici ölkə vətəndaşı dava zamanı xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Dəllallar parkı kimi tanınan ərazidə Türkmənistan vətəndaşı 1993-cü il təvəllüdlü Oruc Kılıc Şamuradoviç naməlum şəxslə dava zamanı bıçaqlanıb. Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.