Ötən il Azərbaycanda 383 ha meşə ərazisində yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə yanğının miqyası dəfələrlə azalıb.
H.Əlizadə xatırladıb ki, ötən il 41 təbiət yanğını olub: “Əksər hadisələrlə bağlı sənədlər toplanılaraq istintaqa təhvil verilib”.