Bu gün Bakıda keçirilmiş Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
"Unikal" xəbər verir ki, sənədlərdən biri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Daxili İşlər Nazirliyi arasında Su Ehtiyatlarının İdarə Edilməsi sahəsində Anlaşma Memorandumu"dur.
Memorandumu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto imzalayıb.
Digər sənəd isə "Azərbaycan və Macarıstan arasında heyvanların sağlamlığı haqqında Əməkdaşlıq Memorandumu"dur.
Memorandumu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və P.Siyarto imzalayıb.
Bundan başqa, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və P.Siyarto "Macar dilinin və mədəniyyətin tədrisi ilə bağlı saziş"ə imza atıblar.
İclasın yekununda isə Protokol imzalayıb. Onu Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev və P.Siyarto imzalayıblar.