Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Qax rayon sakini Orxan Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, şöbəyə gətirilib. Tibbi müayinədən keçirilən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi sübuta yetirilib.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.