Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdəki hesabında sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurası, habelə keçirəcəyi görüşlərlə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, komissar nazirlərlə ikitərəfli görüşlərinin olacağını deyib.
“Sabah keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurasına həmsədrlik üçün Bakıda. Həmçinin nazirlərlə bir neçə ikitərəfli görüşlərim olacaq.
Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı zamanında təsdiqləmək üçün fürsət”, - deyə o qeyd edib.