Prezident İlham Əliyev "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
"Unikal" xəbər verir ki, dəyişikliklə Əsasnaməyə yeni 11.16-cı bənd əlavə edilib.
Bununla da “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunan informasiya resurslarının formalaşdırılmasını təmin edən dövlət orqanları arasında mübadilə edilən məlumatların siyahısı artırılıb.
Belə ki, həmin siyahıya Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhədkeçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar da daxil edilib.