Bakıda öldürülərək quyuya atılan dörd yaşlı qızın atası Taleh Allahyarov barəsində həbs qətimkan tədbiri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.
***
12:43
4 yaşlı Məryəm Hüseynlinin öldürülüb quyuya atılması ilə bağlı uşağın atası Taleh Allahyarov barəsində cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva "Unikal"a bildirib ki, hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4 (əzabvermə) maddələri ilə cinayət işinin istintaqı aparılır.
Əzabvermə xüsüsatı ilə bağlı uşağın atası T.Allahyarov şübhəli şəxs qismində saxlanılıb.