Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.
Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.
Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.
Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.
Omicron varyantının hızla yayıldığı bu dönemde, hafif belirtiler üzerine Sn. Cumhurbaşkanımız ve değerli eşleri Emine Erdoğan için yapılan Covid-19 testi pozitif çıktı. Sağlık durumları çalışmalarını aksatmayacak kadar iyi. Kendilerine tekrar geçmiş olsun dileklerimizi sunuyorum. pic.twitter.com/LnOBr3CGHz
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 5, 2022