Avstriyada son 24 saat ərzində qar uçqunları nəticəsində 9 nəfər həlak olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, üç müxtəlif qar uçqunu hadisəsində 8 nəfər ölüb. Bu hadisələrdən birində İsveç vətəndaşları və onların avstriyalı bələdçisi həlak olub.
Tirol federal torpağının hakimiyyəti qar uçqunu nəticəsində bir nəfərin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib.
Səlahiyyətlilər dağa çıxanlara hələ də qar uçqunu təhlükəsi olduğu barədə xəbərdarlıq edib.