Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.
“Unikal” xəbər verir ki, paylaşımda hər iki dövlətin dost və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb. “Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, - XİN-in paylaşımında qeyd olunub.