Vyana danışıqlarının nəticəsindən asılı olmayaraq, İran və onun nüvə proqramı İsrail üçün ən böyük təhlükədir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Naftali Bennet bazar günü ölkənin Nazirlər Kabinetinin həftəlik iclasında çıxış edib.
“İsrail dövləti üçün ən böyük təhlükə İrandır. İranın nüvə proqramı İsrail hökumətinin məsuliyyəti altındadır. Biz, əlbəttə ki, Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqları izləyirik. Lakin razılaşma ilə və ya razılaşmasız, İsrail istənilən halda bu məsələdə fəaliyyət sərbəstliyini özündə saxlayacaq”, - deyə baş nazir bildirib.