Meksikanın Kintana Roo ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb, 15-dən çox insan yaralanıb.
"Unikal"ın məlumatına görə, bu barədə "Quadratin" agentliyi xəbər verib.
Bildirilib ki, sərnişin avtobusu özüboşaldan yük maşını ilə toqquşub, nəticədə avtobus aşıb.
Avtobusda Fransa və İsveçrədən olan turistlər də daxil olmaqla 45 nəfər olub. Xəsarət alanların şəxsiyyəti müəyyən edilib.