Goranboyda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.