Hazırda ölkəmizdə koronavirusa yoluxan insanların böyük əksəriyyəti bu xəstəliyi daha yüngül keçirir. Ağırlaşmaların sayı xeyli azlıb. Bunun başlıca səbəbi vaxtında və kütləvi şəkildə reallaşdırılan peyvəndləmədir. Həkimlər çağırış edir, vətəndaşlar gecikmədən "buster" dozanı qəbul etməli, sağlamlığını diqqətdə saxlamalıdır.
"Unikal" xəbər verir ki, koronavirusa yoluxub, xəstəliyi yüngül keçirənlərin ən böyük müdafiəçisi vurulan vaksinlərdir. Peyvəndləmənin vaxtında və düzgün şəkildə reallaşdırılması nəticəsində bu gün ağırlaşan xəstələrin sayı xeyli azalıb.
Daxili xəstəliklər uzmanı, Səhiyyə Nazirliyinin həkim- eksperti Zakir Quliyev "Xəzər Xəbər"ə deyib ki, hazırda koronavirusa yoluxan əksər insanlar bu xəstəliyi yüngül keçirir. Bunun əsas səbəbi isə peyvəndləmədir.
O bildirib ki, peyvəndləmə ölkəmizdə kütləvi şəkildə həyata keçirildiyi üçün bu günki qayda-qanunlar daha yumuşaq və daha qısa müddətlidir. Karantin müddəti 14 gündən 7 günə endirilib, qapanmalar, demək olar ki, yoxdur, reanimayiyalarda sıxlıq müşahidə edilmir, xəstələr daha tez və ev şəraitində sağalırlar. Həkim tendensiyanın bu cür davam etməsi üçün insanları "buster" dozaya səsləyir.
Həkimin sözlərinə görə, bu ilin sonuna doğru pandemiyanın bitməsi gözləniləndir.