Antalyada təlim-məşq toplanışını keçən U-19 millimiz ikinci yoxlama oyununda qüvvəsini sınayıb.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Ukraynanın "Rux" ( Lvov ) klubunun ikinci komandası ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin minimal hesablı məğlubiyyəti ilə yekunlşaıb - 0:1.