Fəzail Ağamalıdan Füzuli Ələkbərovun müavinə erməni ittihamı
17:05 20-02-2013
SİYASƏT
“İndi vəzifə tutanlar arasında anası və ya həyat yoldaşı erməni millətindən olanlar var”
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov hakimiyyətdə ermənilərlə qohumluq əlaqəsi olan vəzifəli məmurların yüksək post tutmasının əleyhinə olduğunu deyib. Ötən həftə “Yeni Müsavat”a müsahibəsində T.Əhmədov bildirib ki, Azərbaycanda hakimiyyətdə təmizqanlı azərbaycanlılar təmsil olunmalıdır. O deyib ki, erməni tör-töküntülərinin vəzifələrdə təmsil olunması doğru deyil. Sitat: “Anası erməni olanın xalası, dayısı da ermənidir və ona da qulluq edəcək. Buna görə də kimsə mənimlə münaqişəyə gedirsə, mən hazıram”.
Qeyd edək ki, T.Əhmədov bir qədər əvvəl də oxşar fikirlər səsləndirmişdi. Xüsusən də metropoliten rəisinin sonuncu müsahibəsində sabiq deputat Gülər Əhmədovanın nənəsinin erməni olması faktını qeyd etməsi və daha sonra yuxarıda qeyd olunan cümləni əlavə etməsi geniş müzakirələrə səbəb olub. Azərbaycanda vaxtaşırı gündəmə gələn “erməni qohumluğu” mövzusu uzun müddət ciddi ittiham kimi istifadə olunub. Bir sıra siyasətçilər və dövlət rəsmiləri məhz erməni qohumları olması iddiası ilə ittiham olunublar. Doğrudur, əksər hallarda bu ittihamlar sübuta yetirilməyib, ancaq ictimai rəydə hələ də “erməni qohumluğu” məsələsi ciddi ittiham kimi qəbul olunur.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Tağı Əhmədovun fikirlərini dəstəkləyir. Deputatın fikrincə, metropoliten rəisinin təklif etdiyi kimi mühüm dövlət postlarında qarışıq nikahdan doğulanlar olmamalıdır. Ancaq F.Ağamalı istisnaların olmasını mümkün sayır: “Tağı Əhmədovun fikirlərini dəstəkləyirəm, hər zaman o fikirdə olmuşam ki, strateji vəzifələrdə təmiz azərbaycanlı oturmalıdır. Mühüm postlarda tarixin sınağından çıxmış, Azərbaycan xalqına dərin məhəbbəti, sədaqəti ilə bağlı olan insanlar olmalıdır. Bu mənada Tağı Əhmədovun fikirləri ilə razıyam. Açığı mən bu barədə dərin məlumatlı deyiləm, araşdırma da aparmamışam, kimlərin anasının və ya arvadının erməni olduğunu bilmirəm. Hər halda, onları da günahlandırmıram. Çünki bizim 20 il əvvələ qədər yaşadığımız dövlətdə başqa qanunlar vardı. Biz bir sıra millətlərlə birlikdə bir dövlətdə yaşayırdıq, bir çoxları başqa millətlərlə, o cümlədən erməni millətindən olan şəxslərlə ailə qururdular. Buna görə də o adamları qınamıram. Sadəcə olaraq, mən vətəndaş kimi, bir azərbaycanlı kimi bir tələbim var ki, bu dövlətin onlara yaratdığı imkanlara, verdiyi səlahiyyətlərə sadiq qalaraq dövlətimizə sədaqətli olsunlar.
İndi vəzifə tutanlar arasında anası və ya həyat yoldaşı erməni millətindən olanlar var. Ancaq bu adamları günahlandıra bilmərik. Ancaq elələri də var ki, Əkrəm Əylisli kimi, yaşadığı ölkəyə xəyanət edir".
“Hakimiyyətdə o cür adamlar varmı” sualına cavab olaraq F.Aağamalı bəzi faktların olduğunu deyir: “Təbii ki, hakimiyyətdə belə qarışıq olanlar var. Amma mən şəxsən bu barədə araşdırma aparmamışam, ətraflı məlumatlarım yoxdur. Kimin anasının və ya arvadının, yaxud bir qohumunun erməni olduğu haqda bilgilərim yoxdur. Açığı insanların şəxsi həyatına müdaxilə etməyin, ailəsi ilə bağlı məlumat toplamağın əleyhinəyəm. Ancaq tanıdığım adamlar var ki, onun anasının erməni olduğunu bilirəm. Bilirəm ki, anası ölərkən onu klarnetlə götürüb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun anası başqa millətin nümayəndəsi olub və onu ölərkən müsəlman adətləri ilə deyil, xristian kimi klarnet musiqisinin müşayiəti ilə dəfn ediblər. Bunu mən bilirəm və deyirəm. Amma başqaları haqda bilgim yoxdur.
Eyni zamanda Əkrəm Əylisli barəsində də bu cür iddialar var. Məsələn, “Xəzər” televiziyası Ə.Əylislinin kəndində olub və mən özüm eşitdim ki, müxbir deyir ki, onun anasının qəbrini tapmadıq". /musavat.com/
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35