Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə planlaşdırılan görüşü Almaniyanın “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalar və Kiyevə hərbi yardımla bağlı mövqeyi ilə razılaşmadığına görə ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalının aparıcısı Ceyk Tapper Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat verib.
Tapper deyib ki, rəsmi olaraq görüşün ləğvi cədvəldəki dəyişikliklərlə izah edilib, lakin mənbənin sözlərinə görə, bunu Zelenski qəsdən edib: “Almaniya Şərqi Avropada və Kiyevdə getdikcə daha çox Qərb müttəfiqi deyil, Rusiyanın müttəfiqi kimi qəbul edilir”.