Nazir müavini: “Anam bəy nəslinin qızı olub, Fəzail Ağamalı yalan danışır”
17:18 20-02-2013
SİYASƏT
“Mənimləbağlı Fəzail Ağamalının dediyi fikirlər ağ yalandır. Məni Azərbaycanda hər kəs yaxşı tanıyır. Ailəmi, anamın nəslini hamı yaxşı tanıyır. Biz ziyalı ailəsinin, bəy nəslinin nümayəndəsiyik. Ona görə də bu deyilənlərə ancaq Fəzail kimi insanlar ciddi yanaşa bilər”. Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müaviniİlqar Rəhimov AVP sədri, deputat Fəzail Ağamalının onun barəsində səsləndirdiyi fikirlərə münasibətində söyləyib.
Qeyd edək ki, AVP sədri F.Ağamalı "Yeni Müsavat"a açıqlamasında İlqar Rəhimovun anasının başqa millətə məxsus olduğunu deyib: “Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun anası başqa millətin nümayəndəsi olub və onu ölərkən müsəlman adətləri ilə deyil, xristian kimi klarnet musiqisinin müşayiəti ilə dəfn ediblər”
Deputatın iddialarını cəfəng adlandıram İlqar Rəhimov bu xəbəri yazan jurnalistdən dənarazılığını ifadə edib: “Onun fikirlərinə yer ayıran jurnalist peşə etikasıqaydalarını pozaraq, mənim fikirlərimi öyrənməyib”.
Nazir müavini bildirib ki, deputatın onun barəsində səsləndirdiyi fikirləri özünəqarşı təhir kimi dəyərləndirir: “Mənim o adamla heç bir münasibətim yoxdur. Onun haqqında danışmaq da istəmirəm. Ancaq demək istəyirəm ki, anam böyük bir bəy nəslinin qızı olub. Anamın atası Həşimov Həşim Həşim oğlu əslən Cənubi Azərbaycandandır. Görkəmli həkim olub. Müharibə vaxtında Azərbaycanda qospital rəisi olub. Müharibədən sonra Tiflisdə yaşayıb.Orada da böyük bir klinikanın baş həkimi olub. Gürcüstanın əməkdar həkimi adını alıb. Anamın anası Qədimova Zeynəb Salman qızı əslən Qarabağdandır. Şuşada yaşayıblar. O da həkim olub. Anam 2-3 yaşında olarkən o vəfat edib. Anamı xalası Əminə xanım saxlayıb. Nəslimizdə bizə yaxın erməni heç zaman olmayıb. Bizim nəslimiz təmiz nəsildir. Anam Bakıda vəfat edib. Və biz onu müsəlman adət-ənənələrinə uyğun olaraq, dəfn eləmişik. Bu dəfndə məni tanıyan yüzlərlə tanınmış şəxslər dəiştirak edib. Mənim atam da Hacı olub”.
İlqar Rəhimov deputatın iddiaları ilə bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50