Kolumbiyanın Risaralda bölgəsində şiddətli yağışlar torpaq sürüşmələrinə səbəb olub.
"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 35 nəfər yaralanıb.
Risaralda qubernatoru Viktor Manuel Tamayo sürüşmə nəticəsində şəhərdə bəzi evlərin söküldüyünü bildirib.
Qeyd olunub ki, itkin düşənlərin də olduğu hadisə bölgəsində yaşayanlar evlərindən çıxarılaraq təhlükəsiz yerlərə köçürülüb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Ağarza Elçinoğlu