Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Moskvaya gedib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Liz Truss rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Britaniya XİN başçısının ardınca müdafiə naziri Ben Uollesin də rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşməyi planlaşdırdığı məlum olub. Britaniyanın Moskvadakı səfirliyindən verilən məlumata görə, Uolles Şoyqu ilə fevralın 11-də görüşəcək.