Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Ozan Dum adlı şəxs dini nikahda olduğu 6 aylıq hamilə həyat yoldaşı H.D-nı azyaşlı qızının önündə öldürüb.
Belə ki, H.D narkotik aludəçisi olan əri Ozan Dumla mübahisə edib və qardaşı Tolqa Dalkoparanın evinə sığınıb. Mübahisədən bir neçə gün sonra Ozan Dum Dalkoparanın yaşadığı evi izləməyə başlayıb. Dum fürsətdən istifadə edib qadının qardaşının bazara getdiyini görüb və evə soxulub.
Bu zaman onlar arasında əlbəyaxa düşüb. Kişi üzərində daşıdığı silahla qadını vurub. Daha dəhşətlisi isə qatil ər qızının gözü qarşısında arvadının qollarını və ayaqlarını tikə-tikə doğrayıb.
Evdən gələn səs-küyə görə qonşular Tolqa Dalkoparaya xəbər veriblər. Qardaş hadisə üstündə Ozan Dumu yaxalayıb və polisə təslim edib. Cani ər ilkin ifadəsində "Arvadımı məni aldatdığını düşündüyüm üçün öldürdüm. Belə bir hadisənin olmasını istəməzdim", - deyə açıqlama verib.
Onun barəsində cinayət işi açılıb.