Qazaxıstanda yanvarda baş verən kütləvi iğtişaşlar zamanı 792 nəfər həbs olunub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev parlamentin aşağı palatasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həbs olunan şəxslər qarət və s. cinayətlərdə ittiham olunur.