Pakistanın Pəncab əyalətinin Lahor şəhərində kağız fabriki yanıb.
"Unikal" xəbər verir ki, Kasur rayonunda baş verən yanğında 2 işçi həyatını itirib, 15 işçi isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, bu, Pakistanda dünəndən bəri ikinci fabrik yanğınıdır.
Ağarza Elçinoğlu