Alimlər qrip və ya koronavirus peyvəndindən sonra 90 dəqiqəlik yüngül-orta intensivlikdə məşqin bədənin antikor istehsalını yaxşılaşdıra biləcəyini aşkar ediblər.
"Unikal" xəbər verir ki, "Brain, Behavior and Immunity" jurnalında dərc edilən araşdırmada 70 nəfərin peyvənd edildikdən sonra müəyyən müddət idman etdikləri qeyd olunub.
Belə ki, Ayova Universitetinin alimləri 18-87 yaş arası sağlam insanları peyvənd üçün laboratoriyaya dəvət edib. Peyvənd tətbiq edilməzdən əvvəl şəxslərdən qan götürərək antikor səviyyələrini ölçən tədqiqatçılar, peyvənd edilmiş insanların bəzilərindən oturmalarını, bəzilərindən isə 90 dəqiqə ərzində yüngül və orta dərəcədə idman etmələrini istəyib.
Nəticə olaraq, peyvənddən sonra idman edən bütün şəxslərdə antikor səviyyələri artıb. Digər şəxslərin göstəricisi isə idman edən şəxslərinkindən az nəticə göstərib.
Araşdırmaya əsasən, alimlər bildirib ki, peyvənddən sonra velosiped sürmək, 90 dəqiqə sürətlə gəzmək və b. immuniteti gücləndirir.