Böyük Britaniyanın baş naziri Boris Conson Brüssel və Varşavaya səfər edəcək.
"Unikal" xəbər verir ki, o, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Görüş zamanı Conson və Stoltenberq Britaniyanın NATO-nun müdafiəsini gücləndirmək təklifini müzakirə edəcəklər.
Böyük Britaniyanın baş naziri Brüsseldən sonra Polşanın paytaxtı Varşavaya gedərək, prezident Anjey Duda və baş nazir Mateuş Moravetski ilə görüşəcək.
Conson Polşada NATO qüvvələrinin tərkibində xidmət edən Britaniya hərbçiləri ilə də görüşəcək.
Bu arada dövlət katibi Liz Truss və müdafiə naziri Ben Uolles həmkarları ilə görüşmək üçün Rusiyaya səfər edəcəklər. Nazirlər görüşlərində Rusiyanı aqressiv hibrid müharibə fəaliyyətlərini dayandırmağa və yeganə həll yolu kimi dialoqa çağıracaqlar.