Ermənistanda son sutkada daha 2 842 nəfərdə COVID-19 aşkarlanıb.
"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 399 727-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 8 123-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 559 nəfərdir. İndiyədək 362 002 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 28 040 aktiv koronavirus xəstəsi var.