ABŞ-ın kosmik gəmi və raket istehsalçısı "SpaceX" tərəfindən Starlink layihəsi çərçivəsində kosmosa göndərilən peyklərdən 40-ı günəşin yaratdığı geomaqnit qasırğası səbəbindən məhv olub.
"Unikal" xəbər verir ki, peyklər ötən həftə kosmosa göndərilib və sayları 49 ədəd olub. Hazırda onlardan 40-nın geomaqnit qasırğasına tutulması nəticəsində orbitdən çıxdığı bildirilir.
Qeyd edilib ki, "SpaceX"in yer nəzarətçiləri peykləri xilas etməyə çalışıblar, lakin peyklər daha sabit orbitə çıxa bilməyiblər.
Bildirilib ki, hər birinin çəkisi 260 kiloqram olan peyklərin orbitdəki digər peyklər və ya yer üçün heç bir təhlükə yaratmır.
Ağarza Elçinoğlu