Rusiya-Ukrayna sərhədində gərginlik davam edərkən, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova sərhəddəki gərginliyi azaltmaq üçün Rusiyanın şərtlərini Qərb ölkələri və NATO-ya açıqlayıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, sərhəddəki gərginliyi azaltmaq üçün Qərb ölkələrinin Ukraynaya silah yardımını kəsməli, xarici qoşunların Ukraynanı tərk etməli olduğunu bildirən Zaxarova, NATO-nun da bölgədəki təlimlərdən imtina etməli olduğunu bildirib:
“Biz düşünürük ki, Ukrayna ətrafında gərginliyi çox tez azaltmaq olar, qərb tərəfdaşlarımız bundan çox danışırlar. Bunun üçün Ukraynaya silah daşınmasını dayandırmaq, Qərbin hərbi məsləhətçilərini və təlimçilərini bu torpaqlardan çıxarmaq, Ukrayna və NATO ölkələrinin birgə təlimlərini dayandırmaq, həmçinin əvvəllər Ukraynaya gətirilən xarici silahları geri çəkmək lazımdır.
ABŞ mətbuatının Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xəbərləri cəfəngiyyat kimi qiymətləndirən Zaharova, “ABŞ qəzetlərindən Ukraynaya hücum edəcəyimizi öyrənirik. Biz özümüzü bu ölkə ilə ortaq tarixə malik bir xalq kimi gördüyümüz halda və bu cür iddialar hətta Kiyev administrasiyası və Ukrayna prezidenti tərəfindən də tənqid olunduğu halda, necə təhqiredici hərəkətlər planlaşdıra bilərik? Bu çox gülüncdür” , - deyə qeyd edib.