Rusiya və Belarus bu gün birgə hərbi təlimlərə başlayıb.
"Unikal" xəbər verir ki, bu addım Qərb ölkələrində Moskvanın Ukraynadakı münaqişədə ciddi gərginlik yaratmağa cəhd etməsi ilə bağlı narahatlıqlara səbəb olub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, fevralın 20-dək Belarusda davam etdirilməsi planlaşdırılan təlimlər hazırda başlayıb və "xarici təcavüzün yatırılması və dəf edilməsi" fonunda davam edir.
Moskva və Minsk təlimlərdə neçə hərbçinin iştirak etdiyini açıqlamasa da, Birləşmiş Ştatlar Rusiyanın keçmiş Sovet Belarusunun bir neçə regionuna 30 min əsgər göndərməyi planlaşdırdığını bildirib.
Ağarza Elçinoğlu