"Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün Ankara və İrəvanda görüşlər keçirmək istəyir".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Birinci görüş Moskvada olub, ikinci görüş fevralın 24-də Vyanada planlaşdırılır. Biz Ankara və İrəvanda görüşlər keçirmək istəyirik, lakin erməni tərəfi üçüncü ölkədə görüşlər keçirməyi üstün tutub", - deyə Çavuşoğlu bildirib.