"Ermənistanda ədalət yoxdur. Yalnız həmin ədalət prokurorların, hakimlərin, müstəntiqlərin maaşının qaldırılmasında istifadə olunur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumətin iclasında müstəntiqlərin, prokurorların və hakimlərin maaşlarının artırılması ilə bağlı qərarlarına toxunaraq bildirib.
"Bilirsiniz, belə məsələlərin ictimai həssaslığı var və mən bu yaxınlarda bir qrup vətəndaşla görüş zamanı o həssaslıqla rastlaşdım. Onlar bu təbəqənin maaşlarının artmasından narahatdırlar. Biri mənə dedi ki, “Bu ölkədə ədalət yoxdur, ədalət sistemi yoxdur və siz prokurorların, hakimlərin, müstəntiqlərin maaşını artırarkən ədaləti nəzərdə tutursunuz". Mən ona bildirdim ki, biz müəyyən səbəbdən bu addımları atırıq, çünki ortaya institutlaşma vəzifəsini qoymuşuq, çünki hakimlər, prokurorlar, müstəntiqlər üçün sosial təminatlar sistemi yaradanda biz bu addımları atırıq. O sistemi onlar üçün nə qədər çox yaratsaq, bir o qədər də sizin üçün yaradırıq. Bunu Ermənistan vətəndaşlarına yüksək keyfiyyətli ədalət təmin etmək üçün edirik", - deyə çıxışında deyib.
Gülayə Mecid