" "Hayastan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan 8-ci çağırış parlament yenicə formalaşan zaman ona avtomobillə parlamentin həyətinə girməyə icazə verilmişdi. Sonradan məlum olub ki, "Vətəndaş Müqaviləsi"nin üzvləri onun əraziyə avtomobillə daxil olmasına imkan verməyiblər".
"Unikal" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, hazırda Ohanyana parlament ərazisinə şəxsi avtomobili ilə girməsi qadağan edilib.
Nəşrin məlumatına görə, bu, Ermənistanda "Qarabağ klanı"nın təmsilçilərinə qarşı yeni təzyiq metodlarından biridir.