"Biz Azərbaycanla sülh sazişi imzalamağı və Türkiyə ilə diplomatik əlaqələr qurmağı hədəfləyirik".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlamentin iclasında deyib. Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması üçün “danışıqlara hazır” olduğunu vurğulayıb.
Qarabağda açılması planlaşdırılan dəmir yolunun da qanuni qeydiyyatdan keçməli olduğunu bildirən Ermənistanın baş naziri Bakıdan müsbət cavab alınacağı təqdirdə magistral yollarda abadlıq və tikinti işlərinə hazır olduqlarını da qeyd edib.
Gülayə Mecid