"Ermənistan hökuməti demokratiya deyil, yalan, məğlubiyyət və saxtakarlıq, rüsvayçılıq və təhqirdir".
"Unikal" xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryan deyib. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdə olacağı müddətdə Ermənistan məhvə doğru yol alacaq:
“Milli Assambleyada daha bir sual-cavab, ondan sonra daha da əmin olursan ki, dövlətin bir nömrəli vəzifəsini, baş nazir postunu tutan şəxs orada görünməməli idi, amma qalmaqdan başqa çarəsi yoxdur. O, 44 günlük qanlı müharibədən sonra vəzifəsini davam etdirəcəyinə kosmosun, politologiyanın bütün qanunlarına qarşı idi. Onun və komandasının iştirak etməsi, hətta 2021-ci il parlament seçkilərində birinci yerdə olması bütün qanunlara zidd idi. Təkcə bu fakt kifayətdir ki, baş nazir postunu tutan şəxs getməlidir. Təhqir və məsxərəyə məruz qalan və heç bir şəkildə cavab verməyən, onu təhqir edən, məsxərəyə qoyanlarla danışıqlar aparmaq bir yana, heç bir ölkəyə rəhbərlik edə bilməz. O, Ermənistanda və dünyada Azərbaycan tərəfinin fikirlərini və mövqeyini səsləndirmək üçün hər fürsətdən istifadə edir".