“Böyük Britaniya NATO-nun “açıq qapı” siyasətini qurban verə bilməz”.
"Unikal" xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Trass Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
"Biz, xüsusilə NATO ilə danışıqlarda irəliləyiş əldə etmək üçün Rusiya ilə işləməliyik. Lakin buna Ukraynanın ərazi bütövlüyü və suverenliyi bahasına nail ola bilmərik. Buna görə NATO-nun açıq qapı siyasətini də qurban verə bilmərik", - o əlavə edib.