Slovakiya parlamentində sağçı partiyanın üzvü Andrey Medvetski parlamentdə müzakirələr zamanı Ukrayna bayrağının üzərinə su töküb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl parlamentarilərin ABŞ ilə Slovakiya arasında hərbi əməkdaşlıq sazişinin müzakirəsi zamanı baş verib.
Sağçı “Bizim Slovakiya” partiyasından olan deputatlar Andrey Medveçki və Peter Krupa spikerin tribunasının qarşısını əllərində olan Slovakiya bayrağı ilə kəsiblər. Buna cavab olaraq “Azadlıq və Həmrəylik Uğrunda” partiyasının deputatları Yana Bitto Tsiqanikova və Miroslav Jyak onların qarşısında Ukrayna bayrağı ilə dayanıblar.
Kadrlarda Medviçkinin butulka götürərək Jyakın üzərinə, daha sonra isə Ukrayna bayrağına su tökdüyü görünür. Çiqannikova və Jyak bayrağı bükməyə başlayanda “Bizim Slovakiy”a deputatları Marek Kotleba və Stanislav Mizik bayrağı cırıb əzirlər. Kotleba Jyakın sifətinə şillə vurur.
Baş verən hadisə Kiyev tərəfindən kəskin reaksiya ilə qarşılanıb.
Slovakiyanın xarici işlər naziri İvan Korçok hadisəyə görə üzr istəyib.
“Mən üzr istəyirəm və daha da utanıram”- nazir "Facebook"da yazıb.