Bakıda koronavirusa görə bağlanan 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.